Rusiya FTX: Trampın prezident seçilməsinin Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliyə səbəb olması ehtimalı azdır

Donald Trampın ABŞ prezidenti seçilməsinin Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliyə səbəb olması ehtimalı azdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

O, hakimiyyətdən gedən Bayden komandasının daxili siyasi mübarizə çərçivəsində Avrasiyanın regionlarında vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışacağını da istisna etməyib.

FTX rəhbəri qeyd edib ki, Vaşinqtonun Kiyevə Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə verməsi istər-istəməz Ukraynada və onun ətrafında münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq. Bortnikovun sözlərinə əsasən, Ukraynanın mütəşəkkil cinayətkarlığı narkotik istehsalının əhəmiyyətli hissəsinə nəzarət edir və bu amil Rusiyaya qarşı hibrid müharibədə istifadə olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir