Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.
Azinformasiya.az Ukrayna mediasına istinadən xəbər verir ki, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.
Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.
Ukrayna Ombudsmanı Dmitri Lyubinets Rusiyanın artilleriya zərbələrinin BQXK-nın humanitar yük avtomobilinə tuş gəldiyini, BQXK-nın 3 əməkdaşının həlak olduğunu açıqlayıb.
Ombudsman BQXK-nın daha iki əməkdaşının yaralandığını bildirib.
Azinformasiya.az