Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə pilotsuz uçuş aparatları (“Şahed” tipli dronlar) və artilleriya ilə zərbələr endirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” vilayət hərbi administrasiyasının rəhbəri Vladislav Qayvanenkoya istinadən məlumat yayıb.
Vilayət hərbi administrasiyasının rəhbərinin sözlərinə görə, zərbələr nəticəsində xeyli sayda yaşayış evləri dağıdılıb, bir nəfər həlak olub.
Rusiya ordusu eyni zamanda Pavloqrad şəhərinə də pilotsuz aparatlarla zərbələr endirib. Nəticədə iri miqyaslı yanğınlar baş verib.
Bundan əlavə, Nikopol bölgəsində düşmən artilleriya və FPV-dronlardan istifadə edərək rayon mərkəzini və Pokrov icmasını atəşə tutub. Hücum nəticəsində bir neçə ev yanıb, hadisə yerində xilasedicilər işləyir.
Azinformasiya.az