Rusiya Ukraynanın Dnepr şəhərinin yaxınlığına zərbə endirib, nəticədə 5 nəfər yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Raket çoxmərtəbəli yaşayış binasına düşdüyü üçün yaralıların sayının artacağı istisna edilmir.
Yaralıların hamısına xəstəxanaya yerləşdirilmədən tibbi yardım göstərilib.
Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergiy Lısak qeyd edib ki, Dneprdə raket zərbələri nəticəsində inzibati binada yanğın baş verib.
Ukrayna lideri Volodimir Zelenski diqqətə çatdırıb ki, Dneprdə Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib.
Azinformasiya.az