Rusiya Dneprə raket zərbələri endirib, ölən və yaralananlar var

Rusiya Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

 

Azinformasiya.az  “zn.ua” portalına istinadən xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak bildirib.

Onun sözlərinə əsasən, hücum şəhərdə genişmiqyaslı yanğına səbəb olub, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Şəhərin meri Boris Filatov hadisədən sonra xüsusi texnikanın hazır vəziyyətə gətirildiyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir