Rusiya-Belarus birgə döyüş hazırlığı mərkəzləri yaradılacaq

Rusiya-Belarus birgə döyüş hazırlığı mərkəzləri yaradılacaq.

 

Azinformasiya.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Belarusla birgə döyüş hazırlığı mərkəzlərinin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiyası haqda qanunu imzalayıb.

Qeyd edək ki, sazişdə birgə döyüş hazırlığı mərkəzlərinin vəzifələri müəyyən edilir və bura davamlı birgə təlim proqramları çərçivəsində birgə döyüş hazırlığı, digər döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi, mövcud silahların, hərbi və xüsusi texnikanın döyüş istifadəsi üzrə təcrübə mübadiləsi, tərəflərin silah, hərbi və xüsusi texnika nümunələri ilə işləmək üzrə praktiki bacarıqların öyrədilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, ötən həftə Rusiya Dövlət Duması Belarusla birgə döyüş hazırlığı mərkəzlərinin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir