Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandırır

Rusiya Federasiya Şurası və Dövlət Duması Rusiyanın ATƏT Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması və ödənişlərin dayandırılması barədə qərar hazırlayacaq.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

O, ATƏT Parlament Assambleyasında iştirakın dayandırılması qərarını dəstəkləyib və təşkilatın qeyri-obyektivliyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl senator Vladimir Cabarov Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması ideyası ilə çıxış edərək, bu mövqenin Dövlət Duması ilə razılaşdırıldığını açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir