Rusiya ABŞ və Ukraynanın hansı təhlükəsizlik zəmanətləri barədə razılığa gəldiyini bilmir

Rusiya ABŞ və Ukraynanın hansı təhlükəsizlik zəmanətləri barədə razılığa gəldiyini bilmir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə əsasən, Moskva “ictimai oyunlara” yox, real təkliflərə baxacaq.

Lavrov qeyd edib ki, Putinin Ukrayna ilə bağlı qeyd etdiyi siyasi məsələlər qüvvədə qalır.

“Qalan hər şeyi son bir neçə gün ərzində çoxsaylı açıqlamalar verən ukraynalı və amerikalı həmkarlarımızın vicdanına buraxırıq”, – o deyib.

Lavrov həmçinin qeyd edib ki, Rusiya təmaslar barədə şərh vermir, onlar qapalı qapılar arxasında keçirilməlidir: “Rusiyalı danışıqçılar istənilən formatda ünsiyyət qurmağa davam edəcəklər”.

Qeyd edək ki, dünən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, müzakirə olunan təhlükəsizlik zəmanətlərinə ABŞ-ın dəstəyi ilə Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi daxildir. Moskvanın buna razı olub-olmayacağı soruşulduqda, o, cavabdan yayınıb.

Xatırladaq ki, Rusiya əvvəllər dəfələrlə Ukraynada xarici qoşunların yerləşdirilməsinin qəbuledilməzliyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir