Rusiya Ərəb ölkələri-İran əlaqələrinin bərpası istiqamətində addımları alqışlayır

Rusiya Ərəb ölkələri-İran münasibətlərinin bərpası istiqamətində atılan addımları alqışlayır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrin xarici işlər nazirləri ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə əsasən, Rusiya Federasiyası və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri əlaqələri artırmaq niyyətlərini təsdiqləyiblər:

“Rusiya Federasiyası ilə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ölkələri arasında dialoqun yeddinci raundu 2024-cü ildə Qətərin sədrliyi ilə keçiriləcək. Rusiya Federasiyası və Fars körfəzinin ərəb dövlətləri 2023-2028-ci illər üçün birgə bəyanat və fəaliyyət planı qəbul ediblər”.

Rusiya XİN rəhbəri Suriyanın Ərəb Liqasına qayıtmasının bütün Yaxın Şərqdəki siyasi atmosferə müsbət təsir göstərdiyini vurğulayıb.

O qeyd edib ki, Fars körfəzinin ərəb ölkələri Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir