Rumıniya Prezidenti Klaus İohannis və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rumıniya lideri “X” hesabında yazıb.
Onun sözlərinə əsasən, telefon danışığı əsnasında tərəflər Rumıniyanın Ukraynaya davamlı dəstəyi, qarşıdan gələn NATO Sammiti üçün prioritetlər və Qara dənizdə ümumi təhlükəsizliyin möhkəmləndirilməsini müzakirə ediblər.
“Mən həmçinin Rumıniyanın Ukrayna Sülh Formulasına sadiqliyini ifadə etdim”, – deyə Rumıniya dövlət başçısı vurğulayıb.
Azinformasiya.az