Rubio: Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün mexanizm yaradılacaq

Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün BMT çərçivəsində mexanizm yaradacağıq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsraildə mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, hazırda bir çox ölkələr bu layihədə iştirak etmək istəyir, ancaq bunun BMT ilə koordinasiyada olmaması ucbatından həmin ölkələr Qəzzaya öz qüvvələrini yerləşdirə bilmirlər.

Rubio İsrailin indiyə qədər razılaşma daxilində öz öhdəliklərinə əməl etdiyini bildirib.

“Qəzza ilə bağlı B planı yoxdur. Bu yeganə plandır. Bu planın uğur qazanacağını düşünürük”, – Rubio qeyd edib.

ABŞ dövlət katibi razılaşmanın sonrakı mərhələsində HAMAS-ın silahsızlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir