Rubio Meksikaya səfər edib

ABŞ-ın Dövlət katibi Marko Rubio bu gün Meksikaya səfərə gedib.

 

Azinformasiya.az  xəbər verir ki, səfər barədə “Associated Press“ məlumat yayıb.

Məlumatda bildirilir ki, Rubio Meksika Prezidenti Klaudia Şeynbaum ilə görüşəcək.

Görüşdə Qərb yarımkürəsində təhlükəsizlik, ticarət və miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunacaq. Növbəti gün isə Dövlət katibinin Ekvadora səfəri nəzərdə tutulur.

Qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın israrlı tələbləri, genişmiqyaslı gömrük rüsumları və sanksiyalarla hədələri regionda bir çox ölkələri narazı salıb. Narahatlığı daha da artıran əsas məsələ isə ABŞ-ın regionda genişlənən hərbi mövcudluğudur. ABŞ narkokartellərlə mübarizə adı altında Karib dənizi və Latın Amerikası sahillərində hərbi gəmilər yerləşdirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir