Rubio: Danışıqlar uğursuz olsa, Ukrayna gələcəkdə Rusiyadan daha sərt sülh şərtləri ala bilər

ABŞ ikitərəfli məsləhətləşmələrdən sonra Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini daha yaxşı başa düşür.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Free Press”ə müsahibəsində deyib.

“Bizim gördüyümüz iş Rusiyanın mövqeyinin nə olduğunu anlamaqdır. Biz bunu indi daha yaxşı başa düşürük”.

ABŞ dövlət katibi Ukraynada müharibənin hərbi yolla həllinin olmadığını da vurğulayıb.

“ABŞ-ın rəhbərlik etdiyi danışıqlar uğursuz olarsa, Ukrayna gələcəkdə daha pis vəziyyətə düşə və Rusiyadan daha sərt sülh şərtləri ala bilər”, – Rubio bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir