Rövşən Rzayev: “Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər”

“Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq ictimaiyyətdən böyük dəstək almamışıq”.

Azinformasiya.Az-ın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir.

Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir: “Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir