İtaliyanın paytaxtı Romada tarixi tikilinin uçması nəticəsində 4 nəfər xəsarət alıb.
Azinformasiya.az ANSA-ya istinadən xəbər verir ki, içərisində təmir-bərpa prosesi gedən “Torre dei Conti” binası uçub.
Dağıntılar altında qalan 4 nəfərdən 3-ü xilas edilib.
Xilasetmə zamanı isə binanın digər hissəsi uçub.
Neçə nəfərin xəsarət aldığı hələlik məlum deyil.
Qeyd edək ki, “Torre dei Conti” binası 13-cü əsrdə tikilib və o vaxtkı Papanın ailəsinin iqamətgahı olub.
Azinformasiya.az