Romada İsrail, ABŞ, Qətər və Misirin iştirakı ilə Qəzza ilə bağlı toplantı başlayıb

Qəzza zolağı ilə bağlı iclas Romada İsrail kəşfiyyat xidmətinin rəhbəri Mossad David Barnea, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin, Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamelin iştirakı ilə başlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Bundan əvvəl İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Gendelman TASS müxbirinə bildirmişdi ki, Barnea bazar günü İtaliya paytaxtına Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşmanın əldə edilməsi üzrə danışıqlarda iştirak etmək üçün gəlib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir