Roma Papası Trampa cavab verib: Onunla polemikaya girmək istəmirəm

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına tənqidlərinə münasibət bildirib.

 

Azinformasiya.az  AFP-yə istinadən xəbər verir ki, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.

“Mən onunla (Trampla) polemikaya girmək istəmirəm. Mesaj eynidir – sülhü təşviq etmək”, – Roma Papası qeyd edib.

Qeyd edək ki, Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, – Tramp bildirib.

Tramp xüsusən Roma Papasının ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazılığını dilə gətirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir