Böyük Britaniya Baş naziri Rişi Sunak Ukraynanın Avro-Atlantik ailəyə aid olduğunu bildirib.
Azinformasiya.az xəbər verir ki, bununla bağlı Böyük Britaniya Baş naziri “Twitter”də yazıb.
“NATO Ukraynanın aid olduğu yerdir”, – Sunak vurğulayıb.
Qeyd edək ki, Vilnüsdə NATO-nun sammiti keçirilir, Ukrayna lideri Vladimir Zelenski də sammitə qatılıb. Sammit çərçivəsində o, Böyük Britaniyanın Baş naziri Rişi Sunakla da görüşüb.
Azinformasiya.az