Reznikov: Qara dənizdə Rusiya gəmiləri üçün sürprizimiz var

Ukrayna Qara dənizdə Rusiya donanmasına “Moskva” kreyserinin batmasına oxşar yeni hücum hazırlayır.

 

Azinformasiya.az UNIAN-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Oleksiy Reznikov brifinqdə söyləyib.

“Düşmənimizə hələ də məlum olmayan bəzi detallar var. Bu da o deməkdir ki, biz onlara dənizdə gəmiləri ilə bağlı daha bir sürpriz təqdim edə bilərik. Biz bu hekayəni təkrarlamaq üçün sadəcə uyğun anı gözləyirik”, – müdafiə naziri bildirib.

Reznikov qeyd edib ki, donanma rəhbərliyinin tələbi ilə “Moskva” kreyserinin batmasının təfərrüatlarını açıqlamayacaq.
“Mən həqiqətən bildiyim təfərrüatları bölüşmək istəyirəm, lakin Ukrayna donanmasının komandiri Oleksiy Neyjpapa ilə bununla bağlı razılaşmışıq. İndi bütün təfərrüatları açıqlaya bilmərik”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir