Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin ukraynalı müdafiəçilər tərəfindən itirilməsini təsdiqləyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata əsasən, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualı ABŞ prezidenti Co Baydenlə Yaponiyada görüşdən əvvəl jurnalistlər tərəfindən verilib.
“Düşünürəm ki, yox”, – Ukrayna prezidenti bildirib. “Bu gün Baxmut yalnız bizim qəlbimizdədir”-deyə o qeyd edib.
Azinformasiya.az