Razi Nurullayev yeni doğulan “üçəm”ləri ziyarət etdi – FOTO

Milli Məclisin deputatı Razi Nurullayev İmişli rayonunda yeni doğulan “üçəm”ləri ziyarət edib.

Azinformasiya.az  xəbər verir ki, bu barədə deputat özünün facebook hesabında paylaşım edib. “Üçəm”lərin adı Yafət, Amil və Melisadır. Deputat yeni doğulan körpələrin atası Anar İsrafilova gözaydınlığı verərək sağlam böyümələrini arzu edib.

Qeyd edək ki, İsrafilovlar ailəsinin bundan əvvəl iki qız övladı olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir