Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.
Azinformasiya.Az-ın məlumatına görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. O, qeyri-əxlaqi videosunun yayılmasına görə partiya sıralarından xaric edilib.
Xatırladaq ki, Ramiz Göyüşov qeyri-etik videosu ilə gündəmə gəlmişdi.