Rəsmi Tehran İranın yeni Ali Rəhbəri Müctəba Xamenenin yaralandığını təsdiqləyib

İran Xarici İşlər Nazirliyi (XİN) yeni Ali Rəhbər Ayətullah Müctəba Xameneinin yaralandığını təsdiqləyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə XİN sözçüsü İsmayıl Bəqayi “Corriere della Sera”ya açıqlamasında bildirib.

“O (Müctəba Xamenei) xəsarət alıb, lakin səhhəti yaxşıdır”, – Bəqayi qeyd edib.

XİN rəsmisi Müctəba Xameneinin ilk çıxışını nə vaxt edəcəyini bilmədiyini vurğulayıb.

Onun sözlərinə əsasən, Ali Rəhbər postuna üç-dörd namizəd olub, amma Ekspertlər Məclisinin əksəriyyəti Müctəba Xameneini seçib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir