İran və ABŞ arasında birbaşa kontakt mövcud deyil.
Azinformasiya.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Tərəflərin nəzərlərini bir-birinə çatdıran vasitəçilər var. Ancaq Amerika ilə aramızda birbaşa əlaqə yoxdur”, – Bəqayi bildirib.
İran XİN rəsmisi “Avropa üçlüyü” ölkələri ilə (Böyük Britaniya, Fransa və Almaniya) “snapback” mexanizmi ilə bağlı danışıqların davam etdiyini də vurğulayıb.
Azinformasiya.az