Ukraynanın prezident Vladimir Putinin dövlət iqamətgahına hücumuna Rusiyanın cavabı diplomatik olmayacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə əsasən, Ukrayna Rusiyanın diplomatik cavabına ümid etməməlidir.
“Qoy, Kiyev ümidlənməsin”, – Rusiya XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna qüvvələrinin dekabrın 29-da Putinin Novqorod vilayətindəki iqamətgahına PUA zərbələri endirməyə cəhd etdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Hava Hücumundan Müdafiə sistemləri 91 pilotsuz uçuş aparatını vurub. Vəziyyəti şərh edən Lavrov qeyd edib ki, Kiyevin hərəkətləri Moskva tərəfindən cavabsız qalmayacaq. Ukrayna lideri Volodimir Zelenski Putinin iqamətgahına hücumda Ukraynanın iştirakını təkzib edib. O bildirib ki, bu rəsmi Moskvanın ABŞ ilə Ukrayna arasında baş tutan son danışıqlarda əldə olunan razılaşmaları pozmaq cəhdidir.
Azinformasiya.az