Rəsmi Moskva: Ukrayna ilə bağlı hər bir danışıqlar raundu nizamlanmanı yaxınlaşdırır

Ukrayna ilə bağlı hər bir danışıqlar raundu Rusiyanın maraqlarını nəzərə alaraq nizamlanmaya doğru bir addımdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Ukrayna ilə bağlı hər bir danışıqlar raundu nizamlanmanı yaxınlaşdırır.

“Bəlkə də danışıqların hər raundu həqiqətən nizamlanma formulunun tapılmasına doğru bir addımdır və bizim üçün, ilk növbədə, maraqlarımızı nəzərə alan bir formuldur”, Kremlin sözçüsü tərəflərin nizamlanmaya yaxınlaşıb-yaxınlaşmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz nizamlanmanı asanlaşdırmaq üçün ABŞ-ın xoşməramlı xidmətlərinin davam etməsinə ümid edirir. Biz danışıqlara açıq qalmağa davam edirik”, Peskov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir