Rəsmi Moskva Trampın dünənki bəyanatlarını dekorativ ultimatum adlandırıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın dünənki bəyanatlarını Moskvanın ünvanına dekorativ ultimatum adlandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, Medvedev Rusiyanın Trampın bəyanatının fərqinə belə varmadığını bildirib.

“Tramp Kremlə dekorativ ultimatum verib. Dünya bunun nəticələrini gözləyərkən diksinib. Müharibə tərəfdarı Avropa İttifaqı məyusdur. Rusiya bunu hiss etmədi”,-Medvedev yazıb.

Qeyd edək ki, bu, Moskvanın Trampın dünənki bəyanatlarına ilk rəsmi reaksiyasıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir