Rəsmi Moskva: Putin və Tramp arasında görüş razılaşdırılıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüşün yeri razılaşdırılıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, bu barədə daha sonra məlumat veriləcək.

Uşakovun sözlərinə əsasən, Amerika tərəfinin təklifi ilə yaxın günlərdə Vladimir Putin və Donald Trampın görüşünün keçirilməsi razılaşdırılıb.

O həmçinin qeyd edib ki, Putin və Tramp arasında görüş gələn həftə baş tuta bilər.

Uşakov onu da qeyd edib ki, Trampın xüsusi nümayəndəsi Uitkoff Putin, Tramp və Zelenskinin üçtərəfli görüşü ideyasına toxunsa da, rəsmi Moskva bu məsələyə münasibət bildirməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir