Türkiyə Şimali Atlantika Alyansının qapısını İsveç üçün bağlamayıb.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NTV telekanalına müsahibəsində İsveçin NATO-ya daxil olması ehtimalını dəyərləndirərkən söyləyib.
Kalın, “İsveç üçün NATO-nun qapısını bağlamadıq” deyib. O qeyd edib ki, İsveçin NATO-ya daxil olması prosesi antiterror qanunu qüvvəyə mindikdən sonra ölkənin hansı addımlar atacağından asılı olacaq. İbrahim Kalın, eyni zamanda Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması üçün heç bir maneə olmadığını vurğulayıb.
Azinformasiya.az