“Dövlət Turizm Agentliyi təyyarə biletlərinin qiymətini formalaşdırmır. Bunu AZAL və digər qurumlar tənzimləyir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev biletlərin baha olması ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, qurumlar bir-biri ilə təmasda fəaliyyət göstərir: “İnvestisiya Holdinqi yaradılıb və AZAL onun tərkibindədir. Biz təkliflərimizi göndərmişik, rəqabət olmasa, qiymət həmişə yüksək olacaq. Digər ölkələrdən aviaşirkətləri cəlb etməyə çalışmalıyıq.
Məsələn, AZAL Təl-Əvivə reys təşkil edib. Oradan da Bakıya reys olarsa, qiymət münasib olacaq. Turist ölkəyə gələndə bilet qiyməti və vizanın asan əldə edilməsinə diqqət edir. Ölkədə hotel qiymətləri o qədər də yüksək deyil. Loukosterlər elə-belə uçmur, turistləri gətirən loukosterlərə subsidiya vermək mexanizmini də fikirləşməliyik”.