Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyinə görə nüvə müharibəsinin kölgəsi dünyanı yenidən bürüyüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-ın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbiri ilə bağlı müraciətində qeyd olunub.
“Nüvə müharibəsinin təbilləri yenidən çalınır. Etibarsızlıq və fikir ayrılıqları qüvvətlənir. Soyuq Müharibə illərində dünyanın başı üstünü almış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildəyir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir”, – deyən baş katib bütün ölkələri bir daha nüvə silahından tam imtina etməyə səsləyib. Quterreş vurğulayıb ki, nüvə tərksilahı BMT-nin başlıca məqsədlərindən biridir.
Azinformasiya.az