Qusarda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Qusarda yük maşını ilə minik avtomobili toqquşub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Əcəxuroba kəndində baş verib.

1997-ci il təvəllüdlü Eyvazov Pərviz Şərif oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil ilə , “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində həmin avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Xaspoladov Albert Azik oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir