Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Qusar rayonunun Üzdənoba kəndində dəm qazından zəhərlənmə qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərlənib.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova və iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara müvafiq tibbi yardım göstərilib, evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir