Qubada iki maşın toqquşub, xəsarət alanlar var

Qubada yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində iki maşın toqquşub.

“Mercedes” markalı nəqliyyat vasitəsi digər minik avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Müalicə və Diaqnostika mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir