Qubada 76 yaşlı qadın dəm qazından boğularaq ölüb

Qubada 76 yaşlı qadın dəm qazından boğulub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Quba şəhəri, Mirzəbaba Tahirov küçəsi 31 ünvanında qeydə alınıb.

1949-cu il təvəllüdlü Nazilə Zeynalova hamam otağında yuyunarkən su qızdırıcıdan dəm qazının hamam otağına sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir