Qriqoryan: Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir, yeni tərəfdaşlar axtarır

“Əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb”.

 

Azinformasiya.az  “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Erməni Sammitində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə əsasən, ölkəsi Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir:

“Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir