Qobuda ölümlə nəticələnən yol qəzası baş verib.
Azinformasiya.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rulsan Kotusenko idarə etdiyi “Toyata Prius” markalı avtomobili elektrik dirəyinə çırpıb.
Nəticədə avtomobildə sərnişin qismində olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə rəğmən Allahverdi Fətullayev dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az