Qobu Park-2 yaşayış kompleksindəki Grandmart marketin qarşısında zibil qutusunun qoyulması nə dərəcədə düzgündür?!

Qobu Park-2 yaşayış kompleksində antisanitar vəziyyət səngimək bilmir.

 

Azinformasiya.az  xəbər verir ki, Qobu Park-2 yaşayış kompleksində yerləşən Grandmart marketin qarşısında zibil qutuları qoyulub. Zibil qutularının bir marketin qarşısında qoyulması nə dərəcədə düzgündür?! Hər gün çoxlu sayda insan marketə gəlir, o zibil qutularının yanından keçir. Zibil qutusundan gələn qoxular həm insanları narahat edir, həm də üfunət qoxular insanların aldığı qidaya təsir edir. Bütün bunlar hamısı insanların sağlamlığı üçün real təhlükədir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu mövzu ilə bağlı nə etməyi düşünür? Bu kimi hallara qarşı biganə qalmaq nə dərəcədə doğrudur?

Ümid edirik ki, sözügedən vəziyyətlə bağlı aidiyyəti qurumlar bir tədbir görəcək və insanların sağlamlığına təhlükə yaradan bu kimi hallar aradan qalxacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir