Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri təyin edilib.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Roza Otunbayevanın liderlik, diplomatiya, vətəndaş fəallığı və beynəlxalq əməkdaşlıq sahəsində 35 ildən artıq peşəkar təcrübəsi var”, – məlumatda deyilir.
72 yaşlı R.Otunbayeva BMT-nin xüsusi nümayəndəsi vəzifəsində kanadalı Debora Layonsu əvəzləyib.