Qırğızıstanda kömür mədənində qaz sızması olub, iki nəfər ölüb, 18 nəfər yaralanıb

Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində qaz sızması baş verib, iki nəfər ölüb, 18 nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Qırğızıstanın 24.kg xəbər agentliyi məlumat yayıb. Qırğızıstan FHN-nin mətbuat xidmətinin məlumatına görə, hadisə “Batken Munay” mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.

Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir