Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.
Azinformasiya.az xəbər verir ki, bu haqda TASS-a Qırğızıstanın Səhiyyə Nazirliyindən bildirilib.
“Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, – nazirliyin mərkəzi aparatının nümayəndəsi bildirib. Onun sözlərinə görə, zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub, onlardan 18-i xəstəxanaya yerləşdirilib.
Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq analizlər aparılır.
Azinformasiya.az