Qırğızıstan XİN vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərə getməməyi tövsiyə edib

Qırğızıstan Xarici İşlər Nazirliyi üzrlü səbəbi olmayan vətəndaşlara dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana kimi Rusiyaya səfərə getməməyi tövsiyə edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, səyahət planlaşdıran vətəndaşlar Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin saytında həmin ölkəyə giriş məhdudiyyətlərini əvvəlcədən yoxlamalıdırlar.

Məlumatda, eyni zamanda əvvəllər Rusiya Federasiyasında olduqları müddətdə iki və ya daha çox inzibati xəta törətmiş vətəndaşlara dövlət sərhədindən buraxılmaması və bu prosedurla bağlı nəticələrin qarşısını almaq üçün səfərdən çəkinmələri tövsiyə olunub:

“Rusiya Federasiyasının ərazisində olan vətəndaşlar insanların sıx toplaşdığı yerlərə getməməli, eləcə də həmişə şəxsiyyətlərini və Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənədləri özləri ilə aparmalıdırlar”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir