Qazaxıstanda daşqınlar nəticəsində 3,6 mindən çox fərdi yaşayış binası su altında qalıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin məlumat verib.
“Hazırda Atırau, Akmola, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində 3686 fərdi yaşayış binası, 557 həyətyanı sahə və 1822 bağ evi su altında qalır. Daşqın dövrü başlayandan indiyədək 72 029 nəfər xilas edilib ki, onlardan 16 078-i uşaqdır”, – Orazalin brifinqdə deyib.
Azinformasiya.az