Qazaxıstanda AES-in inşası ilə bağlı referendumun nəticəsi açıqlanıb

Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə keçirilən respublika referendumunun nəticələri təqdim edilib.

 

Azinformasiya.az  xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə seçicilərin 63,66 faizi iştirak edib.

5,5 milyon vətəndaş (71,12%) atom elektrik stansiyasının tikintisinin lehinə, 2 milyon vətəndaş (25,86%) əleyhinə səs verib.

130 min bülleten etibarsız sayılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir