Qazaxıstan və Özbəkistan prezidentləri telefonla danışıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Tokayev söhbət zamanı Mirziyoyevi Özbəkistan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq referendumunun uğurla keçirilməsi münasibətilə təbrik edib.

Qazaxıstan Prezidenti referendumun nəticələrinin özbək xalqının Prezident Mirziyoyevin strateji kursuna yüksək inamının və qəti dəstəyinin sübutu olduğunu vurğulayıb.

Qazaxıstan və Özbəkistan dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha diqqətə çatdırıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir