Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

 

Azinformasiya.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir