Qazaxıstan Prezidenti Vyetnama səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 20 avqustda Vyetnama səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Akorda) mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan dövlət başçısının Vyetnam Prezidenti Vo Van Txıonqla görüşəcəyi və yerli iş adamları ilə iqtisadi məsələlər ətrafında müzakirə aparacağı məlumatda əks olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir