Qazaxıstan ilkin hesabatdan əvvəl AZAL-ın təyyarəsinə dair rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

Həmçinin vurğulanıb ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq.

Nazirlikdən sözügedən komissiyanın hazırda fəaliyyətini davam etdirdiyi də bəyan olunub.

Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutuları” Braziliyadan Astanaya gətirilib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə əsasən, təyyarə Rusiyanın hava məkanında vurulub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir