Qazaxıstan Baş nazirinin müavini: AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

Hazırda Aktauda olan Baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.

Baş nazirin müavininin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur.

Baş nazirin müavini yanmış meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Bozumbayev, həmçinin bildirib ki, 29 nəfər, eləcə də iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Baş nazirin müavini onu da bildirib ki, sağ qalanlar arasında Qazaxıstan vətəndaşları yoxdur: “Orda hələlik bir qadın var ki, huşu özündə olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün deyil. Sənədləri də yoxdur, o, xəstəxanadadır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir