Qazaxda ağır yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hərəkətdə olan “Nissan” markalı avtomobillə “Ford” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı “Nissan” markalı avtomobilin sərnişini, Bakı şəhər sakini -1978-ci il təvəllüdlü Elnur Nəzərov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az